MTN polkovniki Səlim Məmmədov əfv edilib

MTN polkovniki Səlim Məmmədov əfv edilib
# 27 may 2022 18:48 (UTC +04:00)

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsində şöbə rəisi, polkovnik Səlim Məmmədov əfv edilib.

APA xəbər verir ki, bu gün Prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamı ona da şamil edilib.

Qeyd edək ki, Səlim Məmmədov 2015-ci ildə həbs edilib. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Səlim Məmmədov Akif Çovdarovun idarəsində şöbə rəisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR