Naftalanda qəza olub, 5 nəfər xəsarət alıb

Naftalanda qəza olub, 5 nəfər xəsarət alıb
# 05 fevral 2023 17:19 (UTC +04:00)

Naftalanda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Naftalan şəhər Mərkəzi Xəstəxanasının yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan iki “VAZ" markalı minik avtomobili toqquşub. Qəza zamanı 1982-ci il təvəllüdlü Günel Mehdiyeva, 1978-ci il təvəllüdlü Səməd Muradov, 1946-cı il təvəllüdlü Nigar İmanova, 1970-ci il təvəllüdlü Gülnarə Nəsibova və 1990-cı il təvəllüdlü Minarə Nəsibova xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərini kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR