Nardaran sakininə məxsus toyuq hinindən silahlar və qumbaralar tapılıb

Nardaran sakininə məxsus toyuq hinindən silahlar və qumbaralar tapılıb
# 23 oktyabr 2019 10:23 (UTC +04:00)

Nardaran sakinin evindən odlu silahlar və partlayıcı maddələr aşkar edilib.

APA-nın məlumatına görə, Nardaran sakini, 1988-ci il təvəllüdlü İsmayıl Əliyevin yaşadığı evin həyətində yerləşən toyuq hinində topağa basdırılmış 2 ədəd tüfəng, 3 ədəd əl qumbarası və silah kəməri aşkarlanıb.

Saxlanılan şəxs həmin silah-sursatın 2016-cı ildə ölmüş babasına məxsus olduğunu deyib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR