Nardaran sakinindən silah götürülüb

Nardaran sakinindən silah götürülüb
# 15 oktyabr 2019 11:57 (UTC +04:00)

Nardaran sakinində qanunsuz silah aşkarlanıb.

APA Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan E.Əliyevin həyətindəki qarajdan müvafiq sənədləri olmayan “İJ-12” markalı ov tüfəngi aşkar edilərək götürülub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR