Nardaranda keçmiş məhkumdan 5 kq-a yaxın civə götürülüb

Nardaranda keçmiş məhkumdan 5 kq-a yaxın civə götürülüb
# 09 iyun 2022 10:30 (UTC +04:00)

Bakı sakininin evində xeyli miqdarda civə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə iyunun 3-nə keçən gecə Nardaran bağlarındakı evlərin birindən 1000 manat dəyərində məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş İ.Mirzəyev müəyyən edilərək saxlanılıb.
Polis əməkdaşları tərəfindən onun evinə baxış zamanı oradan şüşə qabda, 4 kiloqram 824 qramdan artıq çəkidə gümüşü rəngli civə aşkar edilərək götürülüb.
Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR