Narkotik dövriyyəsi ən çox Sumqayıtda qeydə alınıb

Narkotik dövriyyəsi ən çox Sumqayıtda qeydə alınıb
# 10 may 2022 15:17 (UTC +04:00)

Azərbaycanın şəhər və rayonlarında ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ən çox fakt Sumqayıtda qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında qeyd edilib.

Bildirilib ki, 2021-ci il üzrə qanunsuz narkotik dövriyyəsi ilə bağlı Sumqayıt şəhəri üzrə 587 fakt, Lənkəran üzrə 459 fakt qeydə alınıb.

Sumqayıtda ötən il 339 nəfər, Lənkəranda isə 443 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR