Narkotik istifadə edən sürücü saxlanılıb

Narkotik istifadə edən sürücü saxlanılıb
# 13 sentyabr 2022 11:06 (UTC +04:00)

Sumqayıt şəhərinin Ceyranbatan qəsəbəsi ərazisində manevr qaydalarını pozan “Chevrolet” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, polis əməkdaşları tərəfindən sürücü - Bakı şəhər sakini Ramin Qədimovun narkotik vasitənin təsir altında olması müəyyən edilib.

O və sərnişinləri - Xəqani Rəhimov, əvvəllər məhkum olunmuş Səbuhi Məlikov Sumqayıt Şəhər Polis İdarəsinə təhvil veriliblər.

Polis İdarəsində S. Məlikovun çantasına baxış zamanı oradan heroin, metamfetamin, preqabalin, 5 ədəd tramadol həbi, 1 ədəd metadon həbi, elektron tərəzi və 2 ədəd bıçaq aşkar olunaraq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR