Narkotik ittihamı ilə tutulan şəxsə bəraət verilib

Narkotik ittihamı ilə tutulan şəxsə bəraət verilib
# 20 may 2022 19:36 (UTC +04:00)

Gəncə Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik dövriyyəsində ittiham olunan Tofiq Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, məhkəmədə təqsirləndirilən şəxsin vəkili Zabil Qəhrəmanov müdafiə etdiyi şəxsin verilmiş ittihamla əlaqəsi olmadığını bildirib. O, müvəkkili barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Prosesdə hökm oxunub. Hökmdə təqsirləndirilən şəxsə verilmiş ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyi elan olunub. Tofiq Qurbanov bəraət alaraq məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, Tofiq Qurbanov polis tərəfindən keçirilən əməliyyatla həbs olunub. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü ( külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR