Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı sakini Gəncədə saxlanılıb - VİDEO

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı sakini Gəncədə saxlanılıb - VİDEO
# 04 yanvar 2022 22:14 (UTC +04:00)

Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Gəncə şəhər BPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elgün Abbasov saxlanılıb. Onun üzərindən 21,89 qram metamfetamin və 20,26 qram heroin aşkarlanıb. Abbasovun idarə etdiyi “Ford” markalı avtomobildə isə 50 qram metamfetamin və 984 qram heroinin saxlaması üzə çıxıb. Faktla bağlı araşdırma davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR