Narkotiki təbliğ edən şəxs həbs edilib

Narkotiki təbliğ edən şəxs həbs edilib
  • Clock-gray 11:58
  • calendar-gray 23 Sentyabr 2019

Sosial şəbəkələrdə bir nəfərin narkotikdən istifadənin açıq təbliğ etməsini əks etdirən videogörüntü yayılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, məsələ ictimai rezonans doğurduğundan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Nəticədə narkotiki təbliğ edənin Rafiq Qulizadə olması müəyyən edilib və saxlanılıb.

Onun üzərində aparılmış şəxsi axtarış zamanı 0, 335 qram marixuana aşkar edilib.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. O, Məhkəmənin qərarı ilə 29 sutka müddətində inzibati qaydada həbs edilib.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date