Narkotikin təsiri altında avtobus sürən şəxs həbs edilib

Narkotikin təsiri altında avtobus sürən şəxs həbs edilib
# 01 avqust 2022 10:39 (UTC +04:00)

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında avtobus idarə edən Məhərrəmov Nicat Məmməd oğlunun qanunazidd əməllərinin qarşısı alınıb.

İdarədən APA-ya verilən məlumata görə, “İSUZU” markalı, 90-RB-466 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Nicat Məhərrəmov Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı N.Məhərrəmov narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.
N.Məhərrəmov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə N.Məhərrəmov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətində inzibati qaydada həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR