Narkotikin təsiri altında maşın sürən şəxs zəncirvarı qəza törədib - FOTO

Cəlilabadda narkotikin təsiri altında idarə olunan avtomobil

© APA | Cəlilabadda narkotikin təsiri altında idarə olunan avtomobil

# 21 dekabr 2021 16:17 (UTC +04:00)

Cəlilabadda narkotik vasitənin təsiri altında qəza törədərək 4 avtomobilə xəsarət yetirən şəxs həbs olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Cəlilabad rayon sakini Elvin Hüseynov sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi tanışına məxsus “VAZ 2105” markalı avtomobillə Cəlilabad şəhəri ərazisində yol nəqliyyat hadisəsi törədib. Nəticədə daha 3 nəqliyyat vasitəsinə - “VAZ 21154”, “VAZ 21063” və “Mercedes-Benz” markalı avtomobillərə ziyan dəyməsi ilə nəticələnən zəncirvarı qəza hadisəsi yaranıb. E.Hüseynov müvafiq tibbi müayinədən keçirildikdə onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunub.

Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Hüseynov 30 gün müddətində inzibati qaydada həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR