Narkotiklə bağlı cəza çəkən məhkumların sayı açıqlanıb

Narkotiklə bağlı cəza çəkən məhkumların sayı açıqlanıb
# 18 iyul 2022 11:43 (UTC +04:00)

Hazırda cəzaçəkmə müəssisələrində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə cəza çəkən məhkumların sayı 7056 nəfər təşkil edir.

APA xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-iyun aylarının yekununa dair hesabatda bildirilib.

Qeyd edilib ki, eyni zamanda, istintaq təcridxanalarında saxlanılan (istintaq altında olanlar) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə həbs olunmuş şəxslərin sayı 2700 nəfər, narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı 4662 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR