Naxçıvan-Batabat yolunda maşın dərəyə aşıb, xəsarət alanlar var

Naxçıvan-Batabat yolunda maşın dərəyə aşıb, xəsarət alanlar var
# 30 yanvar 2023 10:19 (UTC +04:00)

Naxçıvan-Batabat magistralında yol qəzası baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, dünən axşam saatlarında magistralın Batabat ərazisindən keçən hissəsində "Niva" markalı avtomobil dərəyə aşıb.

Nəticədə, avtomobildə olan sürücü və bir sərnişin ağır xəsarət alıb.

Qəzaya qarlı havanın səbəb olduğu bildirilir. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR