Naxçıvan MR Prokurorluğu Nehrəm kəndindəki qətllə bağlı məlumat yayıb

Naxçıvan MR Prokurorluğu Nehrəm kəndindəki qətllə bağlı məlumat yayıb
# 06 yanvar 2023 20:02 (UTC +04:00)

Yanvarın 6-sı Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndi ərazisində 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırma zamanı zərərçəkmişin 2005-ci il təvəllüdlü həmkəndlisi Rəhman Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, Rəhman Süleymanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR