Naxçıvan MR xəstəxanasında baş həkimin şöbə müdiri ilə bağlı qərarı etiraza səbəb olub

Naxçıvan MR xəstəxanasında baş həkimin şöbə müdiri ilə bağlı qərarı etiraza səbəb olub
# 31 mart 2023 16:37 (UTC +04:00)

Naxçıvan Muxtar Respublika Xəstəxanasında baş həkimlə şöbə müdiri arasında mübahisə tibb işçilərinin etirazına səbəb olub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, baş həkim Zəbur Bağırovun Laboratoriya şöbəsinin müdiri Tapdıq Kəngərlini təhqir etdiyi, əməkdaşların isə buna etiraz etdiyi bildirilir.

Məlumata görə, şöbə müdiri tibb işçisinə analiz götürmək üçün onkoloji xəstənin evinə getməsinə icazə verib. Baş həkimin isə buna görə şöbə müdirinə irad bildirərək onu təhqir etdiyi iddia olunur. Baş həkimin müavini Ramazan Abbasovla da şöbə müdiri arasında fakta görə mübahisə yaranıb və nəticədə müdiriyyət tərəfindən Tapdıq Kəngərliyə şiddətli töhmət verilib. Bu qərardan sonra tibb bacıları və bəzi həkimlər etiraz ediblər, onlar analizlərin götürülməsini dayandırıblar. Tapdıq Kəngərli isə şöbə müdirliyindən azad olunması üçün ərizə yazıb.

Tapdıq Kəngərli APA-ya açıqlamasında şöbə müdirliyindən çıxarılması üçün ərizə yazdığını təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR