Naxçıvan-Şahbuz magistralında qəza olub, iki uşaq xəsarət alıb - FOTO

Naxçıvan-Şahbuz magistralında qəza olub, iki uşaq xəsarət alıb - FOTO
# 04 iyun 2023 16:16 (UTC +04:00)

Naxçıvan-Şahbuz magistralında yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə magistralın Uzunoba kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mitsibushi" markalı avtomobilin yoldan çıxmasın və aşması nəticəsində iki azyaşlı xəsarət alıb. Xəsarət alanlar Kəngərli rayon Çalxanqala kənd sakinləri 2006-cı il təvəllüdlü Səmədov Xəyyam Samin oğlu və 2009-cu il təvəllüdlü Səmədov Ömər Samin oğlu təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağırdır.

İlkin məlumata görə, qəzaya səbəb avtomobilin sürücüsünün sükan arxasında yatması olub.

Faktla bağlı araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR