Naxçıvan-Şahbuz yolunda qəzada sürücü xəsarət alıb

Naxçıvan-Şahbuz yolunda qəzada sürücü xəsarət alıb
# 27 yanvar 2023 18:52 (UTC +04:00)

Naxçıvan-Şahbuz magistralında yol qəzası baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə magistralın Vayxır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1996-cı il təvəllüdlü Naxçıvan şəhər sakini Rza Bağırovun idarə etdiyi avtomobil yoldan çıxaraq, kənardakı səddə çırpılıb.

Xəsarət alan sürücü Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti sabit qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR