Naxçıvanda 2 maşın toqquşub, xəsarət alan var - FOTO

Naxçıvanda 2 maşın toqquşub, xəsarət alan var - FOTO
# 07 yanvar 2023 14:57 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Tumbul kəndində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə kəndin mərkəzi küçəsində qeydə alınıb. 75-BF-847 dövlət qeydiyyat nişanlı "Chery" markalı avtomobil 75-BB-254 dövlət qeydiyyatlı "NAZ Lifan" markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. "Chery" markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Ceyhun Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR