Naxçıvanda 3 tələbə qız dəm qazından zəhərlənib

Naxçıvanda 3 tələbə qız dəm qazından zəhərlənib
# 14 yanvar 2023 19:15 (UTC +04:00)

Naxçıvanda 3 tələbə qız dəm qazından zəhərlənib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Şərur və Culfa rayon sakinləri Aytac Əliyeva, Nərmin Əliyeva və Muasimə Abbasova Naxçıvan şəhərində kirayə qaldıqları evdə zəhərləniblər.

İlkin məlumata görə, zəhərlənməyə səbəb hamamda dəm qazının sızması olub. Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri sabitdir.

Faktla bağla araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR