Naxçıvanda avtomobil piyadaya ağır xəsarət yetirib

Naxçıvanda avtomobil piyadaya ağır xəsarət yetirib
# 12 yanvar 2023 22:05 (UTC +04:00)

Naxçıvan şəhərində yol qəzası baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, axşam saatlarında Əli Mirzəyevin idarə etdiyi 67-BH-847 nömrə nişanlı avtomobil yol keçən 1979-cu il təvəllüdlü Aygün Əliyevanı vurub.

Yaralı ağır vəziyyətdə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR