Naxçıvanda hündürlükdən dərəyə yıxılan şəxs xilas edilib - VİDEO

Naxçıvanda hündürlükdən dərəyə yıxılan şəxs xilas edilib - VİDEO
# 07 iyun 2023 10:51 (UTC +04:00)

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində “Qızlar bulağı” adlanan ərazidə 1 nəfərin hündürlükdən yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2003-cü il təvəllüdlü vətəndaş dərinliyi təqribən 5-6 metr olan dərəyə yıxılaraq təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər zərərçəkmişə ilkin yardım göstərərək xüsusi xilasetmə vasitələri ilə dərədən çıxarıb və təcili tibbi yardım briqadasına təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR