Naxçıvanda iki maşın toqquşub, xəsarət alan var

Naxçıvanda iki maşın toqquşub, xəsarət alan var
# 05 iyun 2023 10:16 (UTC +04:00)

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Babək rayonu

Şıxmahmud kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində Babək rayon Aşağı Uzunoba kənd sakini, 1981-ci il təvəllüdlü Qəbəliyev Nüsrət Yunis oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti sabitdir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR