Naxçıvanda iki taksi toqquşub - FOTO

Naxçıvanda iki taksi toqquşub - FOTO
# 26 yanvar 2023 14:47 (UTC +04:00)

Naxçıvan şəhərində yol qəzası baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, şəhərin İdris Məmmədov (Şahab məhəlləsi) küçəsində yüksək sürətlə hərəkət edən taksi fəaliyyəti ilə məşğul olan iki "NAZ Lifan" markalı avtomobil toqquşub. Sürücülər yüngül xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR