Naxçıvanda İrandan Türkiyəyə xurma aparan maşında “patı” tapılıb - FOTO

Naxçıvanda İrandan Türkiyəyə xurma aparan maşında “patı” tapılıb - FOTO
# 09 dekabr 2022 10:52 (UTC +04:00)

Naxçıvan Baş Gömrük İdarəsinin Culfa gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına xurma yükü aparan “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi xidməti itin tətbiqi ilə yoxlamaya cəlb olunub.

Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, yoxlama zamanı yük avtomobilinin kabinində gümüşü rəngli falqaya bükülmüş sellofan paketin içərisində, təmiz çəkisi 14,757 qram olan psixotrop maddə-metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR