Naxçıvanda ötən il sürücülərə 13964 inzibati xəta protokulu yazılıb

Naxçıvanda ötən il sürücülərə 13964 inzibati xəta protokulu yazılıb
# 31 yanvar 2023 17:27 (UTC +04:00)

Ötən il Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliyin tələbələrini pozan 13964 inzibati xəta aşkarlanıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, inzibati xətalar arasında ən çox dayanma-durma (3467), texniki baxış (1638), yol nişanları və yolun nişanlama xətləri (1561), işıq və səs siqnalı (1403), etibarnamə olmadan avtomobil idarə etmə (1070), təhlükəsizlik kəmərindən istifadə etməmək (1000) kimi qayda pozuntuları qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən ötən il ərzində ümumtəhsil məktəblərində (244 dəfə), ictimaiyyət arasında (218 dəfə ), idarə və müəssisələrdə (188 dəfə) baş verə biləcək qəzalar, yol hərəkətləri barədə maarifləndirici tədbirlər və təlimlər də keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR