Naxçıvanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında şəhərin mikrorayon ərazisində baş verib.
Belə ki, avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Naxçıvan şəhər sakini Təzəgül Hacıyevanı vurub.
Yaralı təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.