Naxçıvanda qəza zamanı qadın xəsarət alıb

Naxçıvanda qəza zamanı qadın xəsarət alıb
# 02 fevral 2023 22:58 (UTC +04:00)

Naxçıvanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında şəhərin mikrorayon ərazisində baş verib.

Belə ki, avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Naxçıvan şəhər sakini Təzəgül Hacıyevanı vurub.

Yaralı təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR