Naxçıvanda qəzada 2 nəfər xəsarət alıb

Naxçıvanda qəzada 2 nəfər xəsarət alıb
# 27 mart 2023 22:16 (UTC +04:00)

Naxçıvan-Ordubad magistralında yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bugün axşam saatlarında Culfa rayon ərazisində qeydə alınıb.

Avtomobilin yoldan çıxaraq aşması nəticəsində şəhid ailəsi, Ordubad rayon Düylün kənd sakini 1964-cü il təvəllüdlü Allahverdiyev Allahverdi Nəcəf oğlu və onun oğlu 1991-ci il təvəllüdlü Allahverdiyev Hüseyn Allahverdi oğlu xəsarət alıb.

Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyətləri sabitdir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR