Naxçıvanda Türkiyə vətəndaşını maşın vurub

Naxçıvanda Türkiyə vətəndaşını maşın vurub
# 31 may 2023 10:10 (UTC +04:00)

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, avtomobil Türkiyə vətəndaşı, hazırda Naxçıvanda təhsil alan və Babək rayon Şıxmahmud kəndində yaşayan 2003-cü il təvəllüdlü Çalışkan Yasemin Coşkun qızını vurub. Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxasına, daha sonra isə Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə yerləşdirilib. Vəziyyəti stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR