Naxçıvanda yağışlı hava fəsad törədib - FOTO - VİDEO - YENİLƏNİB

Naxçıvanda yağışlı hava fəsad törədib - FOTO  - VİDEO  - YENİLƏNİB
# 26 may 2023 22:05 (UTC +04:00)

Sədərəkdə yağan yağış fəsadlara səbəb olub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 26.05.2023-cü il tarixində Naxçıvan Muxtar Respublikası Sədərək rayonu, Qaraağac kəndində yağan intensiv yağışlar nəticəsində 2 fərdi yaşayış evinin həyətyanı sahəsini su basıb. Dövlət Yanğın Mühafizə hissəsinin müvafiq qüvvələri tərəfindən suyun çəkilməsi işləri aparılıb.

***

20.27

Naxçıvan Muxtar Respublikasında yağışlı hava şəraiti müşahidə olunur.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, günün ikinci yarısında Sədərək rayonuna güclü leysan yağıb. Rayon ərazisinə yağan leysan nəticəsində yaşayış məntəqələrindən sel keçib.

Hazırda Naxçıvan şəhərində güclü yağış davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR