Naxçıvanda yağışlı hava zəncirvari qəzaya səbəb olub - FOTO - YENİLƏNİB

Naxçıvanda yağışlı hava zəncirvari qəzaya səbəb olub - FOTO  - YENİLƏNİB
# 27 may 2023 01:22 (UTC +04:00)

Naxçıvanda baş verən qəzada xəsarət alan şəxsin adı məlum olub.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, ötən gün Zeynəddin kəndi yolunda xəsarət alan şəxs Babək rayonu Sirab kəndi sakini, 1992-ci il təvəllüdlü Ələkbərov Samiq Füzuli oğludur.

***

23.03

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında muxtar respublikanın Babək rayonunun Zeynəddin kəndi yolunda qeydə alınıb.

Ağırtonajlı avtomobil yolun kənarında dayanan 67-BF-357 dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobilə çırpılıb. O isə qarşısında duran 71-BB-211 dövlət nömrə nişanlı VAZ-2121 NİVA markalı avtomobillə toqquşub. NİVA isə qarşısında dayanan "Qazel"ə çırpılıb. Nəticədə, hər 3 avtomobilə ciddi ziyan dəyib, sürücülərdən biri yüngül xəsarət alıb.

İlkin araşdırmalara görə, qəzaya səbəb havanın yağışlı olması olub.

Faktla bağlı araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR