Naxçıvanda yol qəzasında 3 avtomobil əzilib - FOTO

Naxçıvanda yol qəzasında 3 avtomobil əzilib - FOTO
# 19 yanvar 2023 17:19 (UTC +04:00)

Naxçıvan şəhərində yol qəzası baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində yüksək sürətlə hərəkət edən "AzSamand" markalı avtomobil əvvəlcə "Lexsus" markalı avtomobilə dəyib. "Lexsus" isə yoldan çıxaraq kənarda dayanan "BMW" markalı avtomobili əzib. Qəzada xəsarət alan olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR