Naxçıvanın Babək rayonunda maşın qaz borularını aşaraq ağaca çırpılıb - FOTO

Naxçıvanın Babək rayonunda maşın qaz borularını aşaraq ağaca çırpılıb - FOTO
# 15 yanvar 2023 11:22 (UTC +04:00)

Babək rayon ərazisində avtomobil qəzası baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Cəhri-Payız avtomobil yolunun Payız kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 67-BB-434 dövlət nömrə nişanlı “NAZ-Lifan” markalı minik avtomobili 67-BB-947 nömrə nişanlı “Ford” markalı minik avtomobilini ötmək istəyərkən qəza baş verib. Nəticədə, yoldan çıxan “NAZ-Lifan” markalı minik avtomobili qaz borularını da keçərək ağaca çırpılıb.

Qəzada xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı Babək Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR