Naxçıvanın sabiq MTN rəhbərinin cəzası azaldılıb, azadlığa buraxılır - VİDEO

Naxçıvanın sabiq MTN rəhbərinin cəzası azaldılıb, azadlığa buraxılır - VİDEO
# 27 sentyabr 2022 22:25 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində kassasiya şikayətinə baxılıb.

Bu barədə APA-ya onun vəkili Vüqar Xasayev məlumat verib.

Vəkil bildirib ki, Ali Məhkəmə Vəli Ələsgərovun cəzası 7 il 2 ay 10 gün azaldılıb və üzərində qəti olaraq 6 il 9 ay 20 günə cəza saxlanılıb.

Məhkəmə həmin cəzanı çəkən Vəli Əsgərovun dərhal azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.

Vəkil qeyd edib ki, Vəli Əsgərov hazırda Naxçıvanda cəzaçəkmə müəssisəsində olsa da hələ ki müvəkkili azadlığa buraxılmayıb.

Xatırladaq ki, V.Əsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci - mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə, 308.1-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 309.1-ci vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunub. Bu maddələrlə yanaşı, V.Əsgərova telefon danışıqlarını qanunsuz dinləməyə görə CM-in 302.2 - əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma maddəsi ilə də ittiham elan edilib.

2016-cı ildə Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəli Əsgərov 14 il azadlıqdan məhrum edilib. Naxçıvan Ali Məhkəməsi onum apellyasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, ilk olaraq bu xəbəri "unikal.org" saytı yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR