Nazir: “Bu il bir tona yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb”

Nazir: “Bu il bir tona yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb”
# 16 sentyabr 2019 18:25 (UTC +04:00)

Bu il Azərbaycanda bir tona yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

APA-nın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bu gün keçirilən kollegiya iclasında bildirib. Nazir bu sahədə fəaliyyətin nəticələrinin tam qənaətbəxş olmadığını, antinarkotik təbliğatın gənclər arasında, təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gücləndirilməsinin vacibliyi, xüsusən cinayətkar qruplaşmaların yeni metodlardan - internet informasiya resurslarından istifadə etməklə narkotiklərin satışını həyata keçirmək cəhdlərinin qarşısının alınması üzrə icrası zəruri olan tədbirlər barədə konkret tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR