Nazir müavini: “Azad edilən ərazilərdə FHN əməkdaşları 24 saat fəaliyyət göstərir”

Nazir müavini: “Azad edilən ərazilərdə FHN əməkdaşları 24 saat fəaliyyət göstərir”
# 07 oktyabr 2022 11:58 (UTC +04:00)

Vətən müharibəsində Fövqəladə Hallar Nazirliyi öz vəzifəsini layiqincə yerinə yetirib.

APA xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Fövqəladə Hallar Nazirliyinin Akademiyasında gənc kursantların andiçmə mərasimində deyib.

O bildirib ki, işğaldan azad edilən ərazilərdə Fövqəladə Hallar Nazirliyinin dayaq məntəqələri, yanğınsöndürən qrupları, xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları 24 saat fəaliyyət göstərir: "Onlar həmin ərazilərdə baş verən bütün hadisələrə dərhal reaksiya verir. FHN mina təmizləmə əməliyyatlarında da iştirak edir. Füzuli və Ağdam istiqamətində FHN-nin xüsusi qrupu minatəmizləmə əməliyyatları həyata keçirir. 4 mina təmizləyən robot alınıb. Yeni texnikalar da alınacaq və biz yeni əraziləri minadan təmizləyəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR