Nazir müavini FHN xilasedicilərinin Türkiyənin zəlzələ bölgəsindəki fəaliyyətindən danışıb

Nazir müavini FHN xilasedicilərinin Türkiyənin zəlzələ bölgəsindəki fəaliyyətindən danışıb
# 06 iyun 2023 12:06 (UTC +04:00)

Türkiyədəki zəlzələdə əməkdaşlarımız tərəfindən 780 meyit, 53 sağ insan dağıntılar altından çıxarılaraq təhvil verilib.

APA xəbər verir ki, bunu Bakıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda keçirilən VII beynəlxalq konfransda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

O bildirib ki, fəaliyyətləri dövründə 24 saat ərzində çalışıblar: "Biz orada zamanla yarışırdıq. Kiminsə uçqunlar altından çıxarılması uzun zaman ala bilirdi. Orada hansısa cüzi səhvə yol verilməsi həmin şəxsin həyatını itirməsi ilə nəticələnə bilərdi".

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR