Nazir: “Şuşa yaşıl enerji mirvarisinə çevrilir”

Pərviz Şahbazov

© APA | Pərviz Şahbazov

# 04 iyun 2022 12:39 (UTC +04:00)

“Şuşa yaşıl enerji mirvarisinə çevrilməkdədir”.

"APA-Economics"in verdiyi xəbərə görə, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumu çərçivəsində Şuşa şəhərində təşkil olunan xüsusi sessiya zamanı bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə yaşıl zonanın yaradılması istiqamətində müvafiq işlər aparılır. Nazir əlavə edib ki, ötən il Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən 4 ədəd kiçik su elektrik stansiyası istifadəyə verilib, bu il isə bu göstərici 5-ə çatacaq.

Pərviz Şahbazov vurğulayıb ki, bu gün nazirlik BP və “Masdar” şirkətləri ilə alternativ enerji sahəsində sənədlər imzalayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR