Nazir: "Yanğın 5 min kv/m sahəni əhatə edib, bunun 4 min kv/m-i söndürülüb" - FOTO - VİDEO - YENİLƏNİB

Nazir: "Yanğın 5 min kv/m sahəni əhatə edib, bunun 4 min kv/m-i söndürülüb"  - FOTO   - VİDEO   - YENİLƏNİB
# 29 aprel 2022 02:18 (UTC +04:00)

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Sumqayıt sənaye parkı ərazisində baş verən yanğının qarşısının alınması üçün mübarizə aparan yanğınsöndürənlərin fədakarlığı barədə danışıb.

APA-nın xəbərinə görə, nazir açıqlamasında yanğınsöndürənlərin çox böyük qəhrəmanlıq göstərdiklərini deyib: "Belə bir alovun içinə girmək çox çətindir. Bu gün yanğınsöndürənlərimiz, və pilotlarımnız çox böyük qəhrəmanlıq göstərdilər".

Nazir yanğının söndürülməsinin gecikməsini ərazinin böyük olması ilə izah edib: “Söhbət 5000 kvadrat metrdən gedir. Onun 4 mini söndürülüb və soyudulub. İndi min kvadrat metr söndürülür. Söndürmə və soyutma sürəti normativdən 2 dəfə artıqdır”.

***

01.48

Sumqayıt sənaye parkı ərazisində baş verən yanğının qarşısının alınmasının gedişi ilə bağlı mütəmadi olaraq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verilir.

APA xəbər verir ki, bunu Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov deyib.

Nazir bildirib ki, yanğın 5 min kvadrat metr sahəni əhatə edib ki bunun da 4 min kvadrat metri söndürülüb.
Nazir qeyd edib ki, hadisə ilə bağlı Baş prokurorluq və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb.

***

21.53

Fövqəladə Hallar Nazirliyi tərəfindən Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Nazirlikdən APA-ya verilən məlumata görə, yanğınla mübarizə tədbirlərinə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.

Yanğının daha geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

19.38

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərinə cəlb edilib.

APA-nın yerli müxbirinin məlumatına görə, hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri ilə yanaşı, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, eləcə də yanğın qatarı yanğının söndürülməsi əməliyyatına cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

18:19

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Azərsun Sənaye Parkı”-nın ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq dərhal hadisə yerinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadalarının cəlb olunduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR