Nazirlik: 5 ildə 1051 nikahın pozulması üçün verilmiş ərizədən imtina edilib

Ədliyyə Nazirliyi

© APA | Ədliyyə Nazirliyi

# 23 may 2022 16:06 (UTC +04:00)

5 il ərzində Bakı şəhərinin rayon qeydiyyat şöbələri və “ASAN xidmət” mərkəzlərində, habelə Lənkəran rayon qeydiyyat şöbəsinin fəaliyyətinə cəlb edilmiş psixoloqlar tərəfindən aparılmış söhbətlər nəticəsində nikahın pozulmasından imtina etmiş şəxslərə dair statistika məlum olub.

Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, son 5 ildə nikahın pozulması ilə bağlı 6006 ərizə daxil olub.

Həmin ərizələr əsasında psixoloqlar tərəfindən 5668 görüş keçirilib. Nəticədə 1051 nikahın pozulması ilə bağlı verilmiş ərizədən imtina edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR