Nazirlik: Hafiz Əliyevin qanunazidd hərəkətləri ilə bağlı faktlar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib

Nazirlik: Hafiz Əliyevin qanunazidd hərəkətləri ilə bağlı faktlar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib
# 09 iyun 2023 21:19 (UTC +04:00)

"Hafiz Əliyevin xidmətdən kənar qanunazidd hərəkətləri ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən xidməti araşdırma aparılmış, o, işdən kənarlaşdırılmış və aşkar edilmiş faktlar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir".

Bunu Ədliyyə Nazirliyinin əməkdaşı Hafiz Əliyev barəsində cinayət işinə dair Baş Prokurorluğun Mətbuat məlumatı ilə bağlı APA-nın sorğusuna əsasən nazirliyin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova bildirib.

"Ədliyyə Nazirliyi tərəfindən aşkar edilmiş faktlar istintaqla təsdiqini tapmış və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir", - deyə Sabitova qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Katibliyinin Məxfi şöbəsinin rəisi Əliyev Hafiz Əli oğlunun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaqla Hafiz Əliyevin həmin vəzifədə işləyərkən 2019-cu ildə Bakı şəhəri ərazisindəki qəsəbələrdən birinə bələdiyyə sədri seçilməsinə köməklik göstərəcəyinə dair vətəndaşa yalan vəd verərək 90 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR