Neftçada avtomobil təmiri sexi yanıb

Neftçada avtomobil təmiri sexi yanıb
# 03 yanvar 2022 18:51 (UTC +04:00)

Neftçalada avtomobil təmiri sexi və içərisindəki minik maşını yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Neftçala şəhərində ümumi sahəsi 108 m² olan avtomobil təmiri sexinin tavanı və içərisində təmirə dayanan "Niva" markalı minik avtomobilinin salon hissəsi yanıb.

Yüksək temperaturdan sexin şiferdən ibarət dam örtüyü 7 m² sahədə dağılıb. Sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR