Neftçalada 65 yaşlı kişini qətlə yetirən şəxs tutulub - YENİLƏNİB

Neftçalada 65 yaşlı kişini qətlə yetirən şəxs tutulub - YENİLƏNİB
# 30 avqust 2022 16:54 (UTC +04:00)

Prokurorluq Neftçalada baş verən qətl barədə məlumat yayıb.

Neftçala rayon prokurorluğundan APA-ya verilən məlumata görə, avqustun 30-u saat 12 radələrində 1957-ci il təvəllüdlü Səxavət Əliyevin yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1984-cü il təvəllüdlü Saleh Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Səxavət Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Saleh Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq tədbirləri davam etdirilir.

***

12.22

Neftçalada qətl hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Neftçala rayonunun Xıllı kəndində baş verib. Həmin kəndin sakini, 1984-cü il təvəllüdlü Qurbanov Saleh Valeh oğlu həmyerlisi 1957-ci təvəllüdlü Əliyev Səxavət Məclum oğlunu öz evində bıçaqla qətlə yetirib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Faktla bağlı Neftçala rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR