Neftçalada 9250 manatlıq naqil oğurlanıb

Neftçalada 9250 manatlıq naqil oğurlanıb
# 22 noyabr 2022 14:44 (UTC +04:00)

Neftçala rayonunun Beçtalı kəndi ərazisində “Azərişıq” ASC-yə məxsus 9250 manat dəyərində 2500 metr naqil oğurlanıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Şahlar Əhmədov saxlanılıb, bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR