Neftçalada azyaşlı dənizdə boğulub - YENİLƏNİB

Neftçalada azyaşlı dənizdə boğulub - YENİLƏNİB
# 01 sentyabr 2022 18:48 (UTC +04:00)

Neftçalada 7 yaşlı uşaq dənizdə boğulub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala sakini, 2015-ci il təvəllüdlü Rüstəmov Əli Rafiq oğlu dənizdə boğulub.

Faktla bağlı araşdırma aparılır.

***

18:18

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Neftçala rayonu, Şirvanlı kəndində, dənizdə ("Neftçala" sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazidə) 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hadisə yerinə cəlb olunan nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən azyaşlının meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR