Neftçalada baş verən qəzada tələbə ölüb, iki nəfər yaralanıb

Neftçalada baş verən qəzada tələbə ölüb, iki nəfər yaralanıb
# 11 iyul 2019 14:03 (UTC +04:00)

Neftçalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Neftçala rayonunun Qarabucaq kəndində qeydə alınıb.

“Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb. Yaralılar Salyan rayon xəstəxanasına yerləşdiriliblər. Qəzada ölən Neftçala rayon Aşağı Qaramanlı kənd sakini, Salyan peşə liseyində təhsil alan 2003-cü il təvəllüdlü Fərəcov Toğrul İlham oğlu, xəsarət alanlar isə 1954-cü il təvəllüdlü Fərəcova Qızqayıt Yusif qızı və 1984-cü il təvəllüdlü Fərəcov Röyal Təvəkkül oğludur.

Qəzanın təfərrüatları aydınlaşdırılır. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR