Neftçalada ildırım vuran çobanın vəziyyəti ağırlaşdığından Bakıya gətirilib - YENİLƏNİB-1

Neftçalada ildırım vuran çobanın vəziyyəti ağırlaşdığından Bakıya gətirilib - YENİLƏNİB-1
# 11 sentyabr 2019 04:04 (UTC +04:00)

İldırım vurması nəticəsində Neftçala rayon xəstəxanasına yerləşdirilən çöban, Şamaxı sakini, 1990-cı il təvəllüdlü Abdullayev Tural Təvəkkül oğlunun vəziyyəti ağırlaşdığından Bakıda yerləşən 1 saylı şəhər xəstəxanasına gətirilib. O, reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, ildırım vuran digər çoban, 1991-ci il təvəllüdlü, Şamaxı sakini Gərayov Vaqif Azər oğlu xəstəxanada dünyasını dəyişib

****

21:27

Neftçalada ildırıb vuran çöbanlardan biri dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 1991-ci il təvəllüdlü, Şamaxı sakini Gərayov Vaqif Azər oğlu xəstəxanada dünyasını dəyişib.

O, Tatarməhlədə qoyunçuluqla məşğul olurdu.

****

18:19

Neftçalada 2 nəfəri ildırım vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, otlaq ərazidə çobanlıq edən Şamaxı sakinləri - 1991-ci il təvəllüdlü Gərayev Vaqif Azər oğlun və 1990-cı il təvəllüdlü Abdullayev Tural Təvəkkül oğlunu ildırım vurub. Hər iki şəxs Neftçala rayon xəstəxanasına yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR