Neftçalada istirahət mərkəzində döl tapılması ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Neftçalada istirahət mərkəzində döl tapılması ilə bağlı araşdırma aparılır - YENİLƏNİB
# 26 yanvar 2022 11:47 (UTC +04:00)

Neftçala rayonu ərazisində yerləşən “Dayan-dincəl” adlı istirahət məntəqəsinin sanitar qovşağında ölü insan dölünün aşkar edilməsi ilə bağlı araşdırmalara başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilibr ki, yanvarın 25-i saat 18 radələrində Neftçala rayonu ərazisində yerləşən “Dayan-dincəl” adlı istirahət məntəqəsinin sanitar qovşağının qarşısında ölü insan dölünün aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qeyd edilən faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.

25 yanvar, 20.04

***

Neftçala rayonunun Qırmızıkənd kəndi ərazisində yeni doğulmuş körpə meyiti aşkar edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, onun kim tərəfindən atıldığı hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Faktla bağlı Neftçala Rayon Prokurorluğu tərəfindən istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Səlcuq Elçin

Əlibəy Zeynallı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR