Nehrəmdə məktəb binasının çökməsi ilə bağlı dövlət komitəsinin əməkdaşına ittiham elan edilib

Nehrəmdə məktəb binasının çökməsi ilə bağlı dövlət komitəsinin əməkdaşına ittiham elan edilib
# 05 iyun 2023 18:08 (UTC +04:00)

Məktəb binasının çökməsi ilə bağlı cinayət işinin ibtidai istintaqı tamamlanıb.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, Babək rayonu Nehrəm kənd 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri zamanı binanın bir hissəsinin çökməsi nəticəsində dörd nəfər şəxsin ölməsi, bir nəfərin isə xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda cinayət işi başlanıb. İbtidai istintaqla qeyd olunan hadisənin Naxçıvan Muxtar Respublikası Dövlət şəhərsalma və arxitektura komitəsinin Babək rayon İdarəsində iş icraçısı, 1963-cü il təvəllüdlü Bahadur Novruzovun texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarını pozması nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən edilib.

Bahadur Novruzov Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR